Şəhid ailələrinin mənzil və ya ev alqı-satqısı və dəyişdirilməsi zamanı notariat hərəkətlərinə görə rüsumdan azad edilməsi təklif olunur.
Bu məsələ “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənədə əsasən, güzəşt qazanan şəxslərin siyahısına şəhid ailələri də əlavə ediləcək.
Hazırda həmin güzəştdən müharibə ilə əlaqədar və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyənləşdirilmiş şəxslər, işləməyənlər, əlilliyi olan uşaqlar, qaçqınlar və məcburi köçkünlər yararlanırlar.
Dəyişiklik qəbul olunsa, şəhid ailələri mənzil və ya evin alqı-satqısı, eləcə də dəyişdirilməsi ilə bağlı notariat hərəkətlərinə görə dövlət rüsumu ödəməyəcəklər.



