Səbinə Əliyeva yenidən Ombudsman seçildi

Səbinə Əliyeva növbəti yeddi il ərzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsini icra edəcək. Bununla bağlı qərar Milli Məclisin plenar iclasında qəbul olunub.

Ombudsman postuna üç namizəd – Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayev təqdim edilib. Səsvermə zamanı deputatların ən çox etimadını Səbinə Əliyeva qazanıb.

Xatırladaq ki, Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Ombudsman seçilib.