Suyun təmizlənməsi zamanı bəzi zərərli maddələr tamamilə yox olmur, əksinə, kimyəvi dəyişikliklərə uğrayaraq yeni və potensial təhlükəli birləşmələr yarada bilər.
Kaliforniya Universiteti və Con Hopkins Universitetinin alimləri xlor və ozon kimi dezinfeksiya vasitələrinin sudakı çirkləndiricilərlə reaksiyaya girərək əlavə zərərli maddələr yarada biləcəyini bildirirlər
Fenol, pestisidlər və dərman qalıqları bu baxımdan diqqət çəkən çirkləndiricilər sırasındadır. Tədqiqatçılar bəzi maddələrin təmizlənmə zamanı kimyəvi quruluşunu dəyişərək sağlamlıq üçün risk yarada biləcəyini qeyd edirlər.
Mütəxəssislər karbon filtrləri, sorbentlər və bioloji təmizləmə üsullarından istifadənin, eləcə də su mənbələrinin çirklənməsinə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayırlar.



