İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazından keçən rabitə kabellərini vurmaqla hədələyib.
Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
“Sualtı rabitə kabelləri İran üçün yeni hədəflərə çevrilə bilər”, – deyə İİKK-nın sözçüsü briqada generalı Hüseyn Mohebi bildirib.
“Hörmüz boğazından internet trafiki və dünya üzrə kommersiya məlumatlarının ötürülməsi üçün vacib olan yeddi əsas sualtı kabel keçir”, – deyə o əlavə edib.
Mohebi ABŞ-ı İslam Respublikasına qarşı hər hansı bir hücumla bağlı xəbərdar edib:
“Əgər region İran üçün təhlükəli hala düşərsə, regionda heç kim üçün təhlükəsizlik olmayacaq”.



