İranda dolların məzənnəsi rekord həddə yüksəldi

İranda ABŞ dollarının açıq bazardakı məzənnəsi yeni tarixi maksimuma yüksəlib.

Bir ABŞ dollarının qiyməti 271 min tümənə çatıb.

Beləliklə, İran rialının ABŞ dollarına nisbətdə məzənnəsi tarixi minimuma düşüb. Son günlər sürətlə dəyər itirən rialın ucuzlaşmasının qarşısını almaq məqsədilə İran Mərkəzi Bankı dövlət bankları vasitəsilə bazara 2 milyard dollara qədər vəsait çıxarmağa başlayıb.