İsmayıllı rayonundakı Şəhidlər Xiyabanında şəhid məzarlarının önündə
Qanla yoğrulan müqəddəs torpaqdır,
Canla qorunan müqəddəs torpaqdır.
Şəhid nəfəsiylə dirilən yurddur,
Adı ürəklərdə əbədi candır.
Dağlarda şəhidin səsi yaşayır,
Çaylarda qanının izi yaşayır.
Bu yurdun hər daşı andı saxlayır,
Bu torpaq Vətənin özü, adıdır.
Ananın gözündə yaş deyil, nur var,
Şəhidin adında ölməz qürur var.
Bir məzar başında küləklər susar,
Torpağın bağrında min dastan yatar.
Qarış-qarış tarix, qarış-qarış qan,
Bu yolda əyilməz mərd oğullar var.
Şəhidlər yol açdı sabahımıza,
Onların adıyla ucalır Vətən.
Üçrəngli bayraqdır göylərdə andım,
Şəhidin qanıyla yazıldı adım.
Yurda can verəni mən ölməz sandım,
Onların ruhudur yaşadan yurdu.
Torpağa səpilən qan gülə dönər,
Qəhrəman oğullar Vətənə dönər.
Bir ana oğlunu torpağa verər,
Vətənə bağışlar öz ürəyini.
Bu torpaqda igidlərin izi var,
Hər qarışda bir qəhrəman sözü var.
Göy üzündə üçrəngli bir andı var,
Şəhid qanı ilə yoğrulan torpaqdır.

Daşdəmir ƏJDƏROĞLU
27.09.2026-cı il



