1990-cı ildə “Qızıl top” mükafatı sahibi Lottar Matteus 2026-cı ildə mükafata namizədlər barədə fikirlərini bölüşüb.
Onun sözlərini “Bayern & Germany” yayıb.
“Bayern”in keçmiş futbolçusu kimin, Kilian Mbappe, yoxsa Lamin Yamalın daha çox mükafata layiq olduğunu izah edib:
“O, görkəmli oyunçudur, amma böyük uğurlarına baxmayaraq, bu il Lamine Yamalın ili deyildi. O, İspaniyanın Dünya Kuboku kampaniyasında çoxsaylı oyunçulardan biri idi və ötən mövsüm nümayiş etdirdiyi və ya bu mövsüm yenidən göstərdiyi səviyyəyə çata bilmədi. Bu, onun səsvermədə şansının olmadığı anlamına gəlmir.
Onun “Qızıl top”u qazanmaq üçün lazım olan hər şey var. Məncə, titullar çox vacibdir, ona görə də düşünürəm ki, onun şansları bu il nə “Real Madrid”, nə də Fransa millisi ilə heç nə qazanmayan Mbappenin şanslarından daha yaxşıdır”.
Lakin alman onları nüfuzlu mükafata əsas namizəd hesab etmir. O, Harri Keynin favorit olduğunu düşünür.
“O, “Qızıl buts”u qazandı, Çempionlar Liqasında və Dünya Kubokunda vacib qollar vurdu. O, həmçinin “Bayern” ilə iki titul qazandı və həm Çempionlar Liqasının, həm də Dünya Kubokunun yarımfinalına yüksəldi”, – Matteus deyib.



