Polşanın xarici işlər naziri Radoslav Sikorski Kiyevdə keçirilən brifinqdə Rusiyanın yeni təhdidlərinə cavab verib.
O, “Ukrayna ərazisində hansı qoşunların yerləşdirilə biləcəyinə qərar vermək hüququ Rusiya prezidenti Vladimir Putinə deyil, Ukraynanın özünə məxsus olmalıdır” deyib.
Putin Ukraynada Avropa qoşunlarının mövcudluğunun avtomatik olaraq Rusiya ilə Avropa arasında müharibə anlamına gələcəyini deyib. XİN rəhbərindən Rusiya liderinin son açıqlamasına necə yanaşdığı soruşulub. Jurnalistlər Sikorskiyə “bu ciddi təhlükə, yoxsa növbəti Kreml blefidir?” sualını veriblər.
Sikorski cavab olaraq deyib: “Bütün bu müharibə ona görə aparılır ki, Ukraynada hansı qoşunların yerləşdirilə biləcəyinə Putin yox, Ukrayna qərar versin”. Nazirin sözlərinə görə, Polşa və onun tərəfdaşları Ukraynaya məhz Putini bu cür qərarlar qəbul etmək imkanından məhrum etmək üçün kömək edirlər. O, həmçinin bildirib ki, NATO üzvləri Kalininqrad bölgəsində hərbi təlimləri artırmalıdırlar.



