Azərbaycanlı rəssamların əl işləri Parisdə nümayiş etdirilir

0
645

Azərbaycanlı rəssamların əl işləri Parisin Luvr muzeyinin Karusel salonunda nümayiş etdirilir.

“Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Əli Şəmsi, Mehri Quliyeva, Sahib Əsədlinin əsərləri nümayiş olunur.

Beynəlxalq sərgidə professional rəssamlarımızla yanaşı “Clouds by Muna art-studiya” və təhsil mərkəzinin balaca rəssamlarının da əsərləri sərgilənir.

Milli ruhumuz, qədim və keşməkeşli tariximiz, ənənələrimiz əks onunan bu rəsm əsərlərləri böyük maraqla qarşılanıb.“Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi oktyabrın 20-dək davam edəcək.