Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR

“Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var”.

Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur, mən əleyhinə deyiləm. Bu, bəşəriyyətin əldə etdiyi nailiyyətdir. Amma süni intellekt bizim övladlarımızın, insanların beyinlərinin çürüməsinə aparıb çıxarmamalıdır. Artıq araşdırma, tədqiqat, öyrənmə məsələsi yoxdur.

Yəni, əvvəl hansısa bir məlumatı əldə etmək üçün mənbələrə gedirdik. İndi süni intellekt vasitəsilə məqalələr, kitablar yazırlar və bunu çox ciddi bir əsaslandırılmış formada müdafiə etməyə çalışırlar ki, normaldır. Amma bunun tədqiqat, araşdırma qabiliyyətinə ciddi təsiri var. Təhsil prosesində bizə düşünən, təhlil edən, araşdıran bir gənclik lazımdır. Hesab edirəm ki, bu istiqamətdə düşünmək və müəyyən addımlar atılmasına ehtiyac var”, – deputat bildirib.