Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin, Bakı Regional Mərkəzinin və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfər xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib.



