Hindistanda 1901-ci ildən bəri ən isti avqust ayı qeydə alınıb.
Bu barədə ölkənin Meteorologiya Departamenti məlumat verib.
“2026-cı ilin avqust ayında orta temperatur 1901-ci ildən bəri ən yüksək olub və 28.01 dərəcə Selsi təşkil edib. Bu, həmin il qeydə alınmış 27.34 dərəcə Selsi norması ilə müqayisədə yüksəkdir”, – deyə departamentdən bildirilib.
Bu ay həmçinin yağışın azalması da müşahidə olunub və yağıntının səviyyəsi 213.3 mm təşkil edib ki, bu da 2001-ci ildən bəri ən aşağı göstərici olub.
Meteoroloqlar həmçinin sentyabr ayında orta aylıq maksimal temperaturun normanı aşacağını proqnozlaşdırırlar.



