Meteor yağışı başlayır – Bakıda müşahidə üçün ən uyğun vaxt açıqlanıb

Aurigid meteor yağışı bu gündən aktivləşəcək və sentyabrın 5-dək davam edəcək.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor axını ən yüksək aktivlik səviyyəsinə sentyabrın 1-də çatacaq.

Aurigid meteorları Yer atmosferinə saniyədə təxminən 66-67 kilometr sürətlə daxil olur. Bu sürət atmosferdə qısa müddət davam edən parlaq işıq izlərinin yaranmasına səbəb olur. Meteorların əsas hissəsi 70-100 kilometr yüksəklikdə yanaraq tamamilə məhv olur və Yer səthinə çatmır.

Bakıda meteor yağınını izləmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə keçən gecədir. Xüsusilə gecə yarısından sübhədək olan saatlarda müşahidə imkanları daha yaxşı olacaq. Bu vaxt radiantın üfüqdən kifayət qədər yüksələcəyi və Bakıdan onun maksimum hündürlüyünün təxminən 61 dərəcəyə çatacağı gözlənilir.

Mütəxəssislərin hesablamalarına görə, əlverişli şəraitdə saatda orta hesabla 5 meteor görmək mümkündür.

Aurigid meteor yağışını izləmək üçün teleskop və ya xüsusi avadanlıq tələb olunmur. Şəhər işıqlarından uzaq, açıq ərazidə adi gözlə müşahidə aparmaq kifayətdir. Daha yaxşı görüntü üçün birbaşa radianta deyil, ondan təxminən 30-40 dərəcə kənarda yerləşən səma sahəsinə baxmaq tövsiyə olunur. Bu istiqamətdə meteor izləri daha uzun və aydın görünür.Aurigid meteor yağışı bu gündən aktivləşəcək və sentyabrın 5-dək davam edəcək.

Milli.Az xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor axını ən yüksək aktivlik səviyyəsinə sentyabrın 1-də çatacaq.

Aurigid meteorları Yer atmosferinə saniyədə təxminən 66-67 kilometr sürətlə daxil olur. Bu sürət atmosferdə qısa müddət davam edən parlaq işıq izlərinin yaranmasına səbəb olur. Meteorların əsas hissəsi 70-100 kilometr yüksəklikdə yanaraq tamamilə məhv olur və Yer səthinə çatmır.

Bakıda meteor yağınını izləmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə keçən gecədir. Xüsusilə gecə yarısından sübhədək olan saatlarda müşahidə imkanları daha yaxşı olacaq. Bu vaxt radiantın üfüqdən kifayət qədər yüksələcəyi və Bakıdan onun maksimum hündürlüyünün təxminən 61 dərəcəyə çatacağı gözlənilir.

Mütəxəssislərin hesablamalarına görə, əlverişli şəraitdə saatda orta hesabla 5 meteor görmək mümkündür.

Aurigid meteor yağışını izləmək üçün teleskop və ya xüsusi avadanlıq tələb olunmur. Şəhər işıqlarından uzaq, açıq ərazidə adi gözlə müşahidə aparmaq kifayətdir. Daha yaxşı görüntü üçün birbaşa radianta deyil, ondan təxminən 30-40 dərəcə kənarda yerləşən səma sahəsinə baxmaq tövsiyə olunur. Bu istiqamətdə meteor izləri daha uzun və aydın görünür.