Qara dənizdə “Statü Denizcilik” şirkətinə məxsus “STAR II” tankerinə pilotsuz aparatla hücum olunub.
Bu barədə “The Maritime Voice” portalı “X” sosial şəbəkəsində məlumat yayıb.
“Gəminin körpüsü ciddi şəkildə zədələnib və tamamilə sıradan çıxıb.”, – məlumatda qeyd olunub.
Portalın məlumatına görə, tanker avqustun 25-i axşam saatlarında hücuma məruz qalıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
“Deniz haber” portalı dəqiqləşdirib ki, 152 metrlik gəmi Tuapse limanından çıxaraq Türkiyə istiqamətinə yönəldikdən sonra PUA zərbəsinə məruz qalıb.
Analoji insident barədə avqustun 27-də məlum olub. “Haber Trabzon” portalının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Kamerun bayrağı altında üzən Türkiyənin “Lider Bordo Mavi” yük bərəsinə hücum edib. Gəmi avqustun 26-da gecə saatlarında Rusiyanın Tuapse limanı yaxınlığında zərbələrə məruz qalıb. Ehtimala görə, bərəyə üç Ukrayna PUA-sı hücum edib, bundan sonra göyərtədə yanğın başlayıb. İlkin məlumata görə, heyətin beş üzvü xəsarət alıb.



