Dişlərin rənginin dəyişməsi və şirniyyata qarşı həddindən artıq həssaslıq kariesin ilk əlamətləri ola bilər.
Bu barədə stomatoloq-cərrah Nadejda Patlataya “Gazeta.ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, kariesin ilkin mərhələsində diş minasının rəngi dəyişir. Məhz bu dövrdə stomatoloqa müraciət etmək vacibdir. Çünki remineralizasiya terapiyası təyin edilməklə diş minasını möhkəmləndirmək və qazma müdaxiləsinə ehtiyac qalmadan problemi aradan qaldırmaq mümkündür.
Mütəxəssis qeyd edib ki, xəstəlik irəlilədikcə dişlər şirin qidalara qarşı kəskin həssaslıq göstərməyə başlayır. Bu isə diş minasının zədələnməsinin davam etdiyini və plomblanma tələb oluna biləcəyini göstərir.
Patlataya əlavə edib ki, dişlər isti və soyuq qidalara da həssas reaksiya verirsə, bu, kariesin daha ağır mərhələyə keçdiyindən xəbər verir.
“Əgər insan həkimə getməyi gecikdirir və yalnız isti-soyuq qidalara qarşı həssaslıq yarandıqdan sonra müraciət edirsə, bu, xəstəliyi daha ağırlaşdıra bilər. Belə hallarda karies periodontitə çevrilə bilər. Bu zaman əvvəlcə diş kanalları təmizlənir, daha sonra isə müalicənin növbəti mərhələsi müəyyən edilir”, – deyə həkim bildirib.
Stomatoloq vurğulayıb ki, kariesi erkən mərhələdə insanın özünün aşkar etməsi çətindir. Buna görə də dişlərin sağlamlığını qorumaq ü




