İranda səfərdə olan Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bu ölkənin İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.
Bu barədə Ermənistan hökumətindən məlumat verilib.
Məlumata görə, görüş zamanı tərəflər Araz çayı üzərində ikinci köprünün inşasını müzakirə ediblər.
“Tərəflər Araz çayı üzərindən ikinci körpünün tikintisi layihəsinin həyata keçirilməsinin iki ölkə arasında nəqliyyat tutumunu artıracağı və iqtisadi əməkdaşlığın daha da inkişafına töhfə verəcəyi barədə razılığa gəliblər”, – məlumatda qeyd olunub.




