Rusiya ordusu sutka ərzində aviasiya, dron və artilleriya ilə Ukraynanın Xerson vilayətinin 36 yaşayış məntəqəsinə hücum edib.
Bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin sosial şəbəkədə məlumat paylaşıb.
Onun sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində iki nəfər həlak olub, 24 nəfər yaralanıb.
“Yaşayış məhəllələri, kritik və sosial infrastruktur obyektləri zərbələrə məruz qalıb. Qaz kəmərləri, yanacaqdoldurma məntəqəsi, kilsə, mağazalar, 18 çoxmərtəbəli bina, 17 fərdi ev, təsərrüfat tikilisi, qarajlar və avtomobillər zədələnib”, – o dəqiqləşdirib.
Xerson Şəhər Hərbi Administrasiyasının rəhbəri Yaroslav Şankonun məlumatına görə, Xerson, Kamışan, Antonovka, Priozernı və Zimovik hücumlara məruz qalıb.




