Azərbaycanda nikah və boşanmaların sayı azalıb

Azərbaycanda bu ilin ilk beş ayında həm nikahların, həm də boşanmaların sayı azalıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar-may aylarında ölkədə 15 107 nikaha daxilolma, 8 087 boşanma halı qeydə alınıb.

Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı 4.7-dən 3.6-ya, boşanmaların sayı isə 2-dən 1.9-a enib.