Əli Əsədov bağçalarla bağlı yeni qərar təsdiqlədi

Nazirlər Kabineti valideyn, dövlət və özəl sektorun birgə maliyyələşməsinə əsaslanan məktəbəqədər təhsil modelinin tətbiqi qaydalarını təsdiqləyib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

2026-cı il 19 iyun tarixli Prezident İlham Əliyevin Fərmanının icrasını təmin edən bu yeni qərar bağçaların maliyyə mexanizmində əməkdaşlığı tənzimləyir.