Türkiyə Ukraynanın təhlükəsizlik zəmanətlərinin dəniz komponentinə rəhbərlik edəcək.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında bildirib.
“Potensial sülh müqaviləsinin ən vacib aspektlərindən biri hazırda müzakirə olunur: Ukrayna üçün təhlükəsizlik zəmanətləri. Bu zəmanətlərə quru, dəniz və hava elementləri daxildir. Türkiyə dəniz komponentinə rəhbərlik etməyə razılıq verib”, – Fidan bildirib.
Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Kiyevə dəniz təhlükəsizliyi zəmanətlərinin verilməsi əsas əhəmiyyət kəsb edir.




