Bu gecə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin ilk oyunu keçiriləcək.
Mərhələnin açılış qarşılaşmasında Fransa və Mərakeş milli komandaları üz-üzə gələcəklər. ABŞ-nin Foksboro şəhərində yerləşən Boston stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Matçı argentinalı hakim Fakundo Telyo idarə edəcək.
1/4 final mərhələsinin digər oyunlarında isə İspaniya Belçika ilə, İngiltərə Norveçlə, Argentina isə İsveçrə ilə yarımfinal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi DÇ-2026-ya iyulun 19-da keçiriləcək final oyunu ilə yekun vurulacaq.




