Fransa Prezidenti Emmanuel Makronun qaldığı Dəməşqin mərkəzindəki “Four Seasons” hotelinin yaxınlığında bir neçə partlayış baş verib.
Suriya KİV həmin vaxt Makronun artıq Suriya Prezidenti Əhməd əş-Şəraa ilə görüşmək üçün prezident sarayına doğru yola düşdüyünü yazıb.
Həmçinin Fransa prezidentinin ofisi Makronun təhlükəsizlikdə olduğunu və səfərinin davam etdiyini bildirib.
Suriya dövlət mediası təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat verib ki, partlayışlardan ikisi partlayıcı qurğulardan qaynaqlanıb.
Hələ ki ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisənin məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib.




