“Hercai”nin ulduzu Bakıya gəlir

0
542

Son zamanlar “Hercai” serialı ilə məşhurluğunu artıran türkiyəli aktrisa Ebru Şahin Bakıya gəlir.

O, “Altın Kelebek” mükafatlarının siması kimi paytaxtımıza təşrif buyuracaq.

Aktrisanın Bakıya gəliş tarixi isə 16 noyabrdır. Azərbaycanı mükafatlandırma gecəsində təmsil edəcək məşhurlar da həmin tarixdə açıqlanacaq.

Qeyd edək ki, Azərbaycanda “Altın Kelebek”i indiyədək iki məşhur sima: Xalq artisti Aygün Kazımova və Əməkdar artist Röya Ayxan qazanıb.