Anar Məmmədov: SOCAR-ın “Petkim”ə investisiyaları bir milyard dollara çatıb

0
492

Bunu İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında “Petkim”in baş direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyənin neft-kimya məhsulları istehsal edən yeganə inteqrasiya olunmuş müəssisəsi “Petkim”dir:

“Petkim” bu gün Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının yalnız 20%-ni təmin edə bilir. Genişlənmə potensialı çox yüksək olan bu sektorda tələbatın ödənilməsi məqsədilə böyük sərmayələr qoyulur. 2008-ci ildən bəri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hər il “Petkim”ə təxminən 100 milyon dollar sərmayə yatırıb və onun əlavə investisiyalarının ümumi məbləği 1 milyard dollara çatıb”.

A.Məmmədob əlaə edib ki, “Petkim”in 15 əsas və 6 köməkçi obyektində istehsal olunan 60 növ müxtəlif məhsulu kiçik və orta müəssisələr də daxil olmaqla 6 000 istehsalçı istifadə edir:

“Məhsullarına yüksək tələbat olan bu şirkət 2018-ci ili 872 milyon Türk Lirəsi məbləğində mənfəətlə başa vurub. 2019-cu ilin ilk 6 ayında isə fəaliyyət göstərdiyi şirkət bütün dövrlərin ən böyük məhsuldarlıq nümayiş etdirib və istehsal rekorduna imza atmışdır.

Belə ki, cari ilin ilk yarısında 5,9 milyard lirə gəlir, 439 milyon lirə xalis mənfəət əldə edilib. Ötən 6 ayda “Petkim”in faiz, amortizasiya və vergidən əvvəlki mənfəəti (EBITDA) 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 890 milyon lirəyə çatıb”.