Yasamal rayonunda marketlərin birindən 490 manat dəyərində elektron siqaretlər oğurlanıb.
Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, elektron siqaretləri oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Məcidli saxlanılıb.
Bundan başqa naməlum şəxs Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən marketdən ümumi dəyəri 1000 manat olan kosmetik ləvazimatları oğurlayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı A.Salmanov müəyyən edilərək saxlanlıb.
Hər iki fakt üzrə araşdırmalar aparılır.




