Azərbaycan və Ermənistan yeni sənədlər imzalayacaq – Paşinyan detalları açıqladı

“Azərbaycan və Ermənistan sülh müqaviləsinin bağlanmasından sonra sənaye əməkdaşlığına dair sənədlər imzalayacaq”.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Erməni baş nazir qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması sülh müqaviləsinin imzalanması ilə başa çatmayacaq, tərəflər həmçinin, sektor əməkdaşlığına dair sənədlər imzalamalıdır:

“Sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi işin tamamlandığı demək deyil. Əksinə, müqavilənin mətnində aydın şəkildə qeyd olunur ki, imzalandıqdan sonra sənaye əməkdaşlığı da daxil olmaqla yeni razılaşmalar əldə etməliyik”.

Nəqliyyat əlaqələrinin inkişafının vacib olduğunu deyən Paşinyan bildirib ki, hələlik konkret razılaşma əldə edilməsə də, Bakı və İrəvan bu sahədə artıq əməkdaşlıq edir.