Oktyabrın 8-də səhər saatlarında Qaxda partlayış baş verib. Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində torpaq işləri görən zaman naməlum səbəbdən partlayış baş verib. Baş verən partlayış nəticəsində 6 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər. Onlardan dördünün vəziyyəti yüngül, ikisinin vəziyyəti isə orta-ağır stabildir.
Qax MRX-nın həkimlərinin bildirdiyinə görə, partlayışda xəsarət alanların həyatı üçün təhlükə yoxdur.