Sumqayıtlı şagird öz ulu nənəsindən danışaraq qalib olub

0
646

“Bizim qəhrəmanlar” beynəlxalq müsabiqəsinin Təşkilat Komitəsi finalçıların adlarını açıqlayıb. Onların arasında sumqayıtlı gənc də var.

“Bizim qəhrəmanlar” beynəlxalq müsabiqəsinin Təşkilat Komitəsi finala vəsiqə qazanan qaliblərin adlarını elan edib. Münsiflər heyəti 13 min 7-10-ci sinif şagirdi arasında seçim etməli olub. Finala 11 ölkədən 34 nəfər keçib. Onların hamısı 16 oktyabrdan 7 noyabr tarixinə qədər məşhur “Artek” pioner düşərgəsində keçiriləcək 12-ci növbəyə dəvət ediliblər.

Azərbaycandan finala Sumqayıt şəhər tam orta məktəbinin şagirdi, 15 yaşlı Artyom Krapivko keçib. O, ulu nənəsi Alevtina Dodon-Lebedeva haqqında danışıb.

“SSRİ tarixi və böyük nənəm Dodon-Lebedeva Alevtina Alekseyevnanın həyatı bir-biri ilə sıx bağlıdır. Repressiya, müharibə, yeni bir zavodun inşası – bütün bunlar onun həyatında var idi. Mən onunla fəxr edirəm və istərdim ki, digər insanlar da onun həyatı barədə bilsinlər”, – deyə Artyom öz qəhrəman seçimini əsaslandırıb.

Məktəbdən sonra onun böyük nənəsi Novorossiysk Dəniz Məktəbinə daxil olub, lakin Böyük Vətən Müharibəsi başlandıqdan sonra o məktəb dağılıb və bütün şagirdlər Qara Dəniz Donanmasının döyüş gəmilərinə paylanıb. Beləliklə, Alevtina Dodon-Lebedeva gəmiyə dizel mühəndisi kimi daxil olub.

“Gəmi ön cəbhəni mərmi ilə təmin etməli idi. Sursat dolu qutular arxa cəbhədə gəmiyə yüklənir və dəniz yolu ilə Malaya Zemlyadakı döyüş bölgəsinə daşınırdı” – Artyom deyib.

Alevtina Dodon-Lebedeva müharibəni 1-ci dərəcəli starşina kimi başa vurub. O, Krım və Sevastopolun, Odessanın azadlığına görə mükafatlar, 3-cü dərəcəli Döyüş Şöhrəti ordeni və Buxarest yaxınlığında gedən döyüşlərə görə medal almışdı. 1968-ci ildə Azərbaycana, Sumqayıta gəlmişdi. Bütün bu müddətdə o, üç uşağı – iki oğlu və bir qızı ilə tək qalmışdı. Ailəsini dolandırmaq üçün o, şəhərdə yenicə tikilmiş alüminium zavodunda qaynaqçı işləməyə gedib. Əvvəl şagird kimi işə başlayıb, sonra isə ştata keçib.

Müsabiqənin şərtlərinə görə məktəblilər ölkələrinin və Rusiyanın taleyində mühüm rol oynayan həmvətənləri arasında qəhrəman tapmalı idilər.

Müsabiqə “Rossotrudniçestvo” agentliyi və “Gəlin birlikdə edək!” hərəkatı tərəfindən təşkil olunur. Final noyabrın 4-də Krımda keçiriləcək.