Bu gün Vətən uğrunda canını fəda edən igid oğlumuz, şəhidimiz İsmayıl Qurbanovun mövlud günüdür. Torpağa sevgi ilə bağlı olan belə oğullar millətin ən böyük qürurudur. İsmayıl da Vətənini hər şeydən uca tutan, onun azadlığı və şərəfi naminə həyatını əsirgəməyən igidlərdən biri oldu.
Onun qısa, lakin şərəfli ömrü Vətənə xidmətlə, vətənpərvərlik ruhu ilə keçdi. İsmayıl Qurbanov adını tarixə qızıl hərflərlə yazdıran qəhrəman oğullarımızdandır. O, torpağımızın bütövlüyü uğrunda mübarizədə öz həyatını qurban verərək şəhidlik zirvəsinə ucaldı və xalqımızın yaddaşında əbədiyaşarlıq qazandı.
Bu gün onun doğum günüdür. Bəlkə də aramızda deyil, amma ruhu daim bizimlədir. Hər dalğalanan bayraqda, hər azad torpaq parçasında, hər qürurlu baxışda İsmayıl kimi igidlərin əmanəti yaşayır. Onun xatirəsi yalnız ailəsinin deyil, bütün xalqımızın qəlbində dərin hörmət və ehtiramla yaşayır.
Şəhidlər ölmür, onlar xalqın yaddaşında, azadlığın nəfəsində, Vətənin hər qarış torpağında yaşayırlar. İsmayıl Qurbanov da belə igidlərdən biridir – adı daim hörmətlə çəkilən, qəhrəmanlığı ilə gələcək nəsillərə örnək olan bir Vətən oğlu.
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri




