İrana qarşı müharibə ABŞ-a görün neçəyə başa gəlib

ABŞ-ın İrana qarşı hücumlarının ilk 100 saatı 3,7 milyard dollara başa gəlib.

Bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) məlumat yayıb.

Bildirilib ki, müharibəni maliyyələşdirmək üçün ABŞ Müdafiə Nazirliyinə hazırda ayrılmış büdcədən daha çox vəsait lazım olacaq.

“Müharibənin ilk günlərində ABŞ bir gündə 891,4 milyon dollar xərcləyib. ABŞ daha ucuz sursatlara keçdikcə sursat xərcləri azalacaq. Lakin hava hücumları kampaniyasının başlanğıcı adətən daha bahalı olur, çünki bu mərhələdə yüksək texnologiyalı və mürəkkəb silahlardan istifadə edilir”, – CSİS qeyd edib.