Sabah Abşeron rayonunun bəzi ərazilərində qaz kəsiləcək.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Qeyd edilib ki, Abşeron rayonu Yoncalıq yaşayış massivi, Cantəpə yaşayış massivi, Binəqədi şosesi 1, 2, 3-cü döngələr, M.Ə.Sabir küçəsi, Dədə Qorquq küçəsi, Mirəli Qaşqay küçəsi, Yusif Məmmədəliyev küçəsi ünvanlarında mühafizə zonası pozulmuş yeraltı qaz xətti əvəzlənəcək.
Bu səbəbdən 03.03.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.
Qeyd olunan ünvanlarda 9 min istehlakçının qaz təchizatında fasilə yarancaq.




