Bakıda güclü yanğın başladı – (VİDEO)

0
515

Bakıda güclü yanğın başladı -YENİLƏNDİ (VİDEO)

Bakıda güclü yanğın başlayıb.

Yanğın Binəqədi rayonunda Cəfər Xəndan və Şövkət Məmmədova küçələrində qeydə alınıb.

Bu barədə sakinlər bildiriblər. Verilən məlumata görə, yanğın bir qədər əvvəl başlayıb.

Adıçəkilən küçələrin ərazisində baş verən yanğının səbəbi hələlik məlum deyil.

Bakı şəhərinin Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində sökülməkdə olan tikilinin ərazisində 30 m² sahədə taxta tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.