Qəbələ rayon Yemişanlı kənd şəhid Təbriz Qasımovun anım günü qeyd olunub.
Vətən müharibəsi qanından , canından keçərək şəhidlik zirvəsinə ucalan Qəbələnin igid ogullarıbdan biri də Təbriz Qasımov olub.
Tədbirdə Qəbələ şəhid ailələri, eləcə də şəhidi ailə üzvləri şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyulmuş, dualar oxunmuş ,xatirəsinə ehtiramlarını bildirmişlər.Qasımov Təbriz Ramiz oğlu 1993-cü il fevralın 16-da Qəbələ rayonu Yemişanlı kəndində dünyaya gəlmişdir. Orta məktəbi Yemişanlı kənd orta məktəbində almışdır.Daha sonra Şəki Pedeqoji Texnikumuna qəbul olmuşdur.
2015-ci ildən 2018-ci ilə qədər Qəbələ şəhərində daxili qoşunlarda gizir vəzifəsində çalışmış, daha sonra 2018-ci ildə işdən ayrılmışdır. 2020-ci il Tovuz döyüşləri başlayanda hərbi xidmətə könüllü olaraq yazılmış lakin aparılmamışdır, daha sonra 2-ci Qarabağ Müharibəsi olan vaxt 5 dəfə hərbi komisarlığa getmiş 6-da xidmətə aparılmışdır. 5 noyabr tarixində Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. Qəbələ rayonu Yemişanlı kənd qəbristanlığında dəfn olunub. Ailəli idi. Fatimə adlı qızı vətənə əmanət qalıb. Allah rəhmət eləsin Şəhidlərimizə 🇦🇿
Təranə Alməmmədova
Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri










