Bu ölkə dünyada ilk hidrogenlə işləyən dron hazırlayır

Rusiya dünyada ilk hidrogenlə işləyən dron hazırlayır.

Bu barədə Kurçatov İnstitutu Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçuk məlumat verib.

“Hazırda dünyanın ilk hidrogenlə işləyən dronunu hazırlayırıq”, – deyə o qeyd edib.

Kovalçuk xatırladıb ki, dünyada ilk hidrogenlə işləyən təyyarəni də SSRİ hazırlayıb. O, əvvəllər Rusiyanın ən yeni silahlarının hazırlanmasının 1940-cı illərin sonlarında sovet alimlərinin tədqiqatlarına əsaslanaraq başladığını bildirib.