Azərbaycan idmançıları Qış Olimpiya Oyunlarında mübarizəyə başlayır

Bu gün İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında Azərbaycan idmançıları mübarizəyə başlayacaq.

Təmsilçilərimizdən Vladimir Litvintsev fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Yarış Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Azərbaycan komandasının digər üzvü Anastasiya Papatoma isə fevralın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə çıxış edəcək.