Bəzi qidalar uşaqların beyin inkişafına mənfi təsir göstərə bilər.
Araşdırmalar göstərir ki, xüsusilə aşağıdakı məhsulların tez-tez və həddindən artıq istehlakı uşaqlarda zəka inkişafının gecikməsinə səbəb ola bilər:
Körpə peçenyeləri – yüksək şəkər və qatqı maddələri tərkibli bu peçenyelər qida dəyəri az olduğu üçün beyin inkişafını zəiflədə bilər.
“Nugget” – dərin yağda qızardılmış və konservantlarla zəngin bu məhsullar uşağın yaddaş və diqqət funksiyasına mənfi təsir edə bilər.
“Noodle” – sürətli hazırlanması ilə məşhur olsa da, yüksək natrium və konservant tərkibi ilə beyin hüceyrələrinin inkişafını gecikdirə bilər.
Kola – qazlı içkilərdəki şəkər və kofein uşaqlarda hiperaktivlik yarada və beyin funksiyalarını zəiflədə bilər.
Cips – yüksək duz və trans yağ tərkibi ilə uşaqlarda konsentrasiya və yaddaş problemlərinə səbəb ola bilər.




