Qəbələ Cümə məscidində 20 Yanvar günü qeyd olunub

18.01.2026 ci il tarixdə Qəbələ Cümə məscid Qız Quran Kursunda Şəhid Analarımızın iştirakıyla, məscid xanımlarımızla 20 Yanvara həsr etdiyimiz Qan yaddaşımız adlı tədbir keçirildi.
Tədbirə girişdə Himnimiz səsləndirildi, Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi. 
Şəhidlərimizin ruhuna Qurani Kərim oxunub, dualar edildi.
Qadın dini ayinləri icraçısı Ağammədova Nuranənin təqdimatında Şəhidlik məqamı, 20 yanvar günü haqda maarifləndirici təqdimat edildi. Son olaraq Vətənimizin səlaməti üçün dualar edildi.
Sonda ehsan süfrəsi təqdim edildi.
Allah Şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.

Təranə Alməmmədova 
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri