Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-cı ilin ilk reytinq cədvəlini açıqlayıb.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Kişilərin siyahısında ən yaxşı göstəriciyə malik Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovdur. Təcrübəli qrossmeyster 2730 xalla 19-cu yerdədir. Teymur Rəcəbov (2692) 35-ci, Rauf Məmmədov (2645) 76-cı, Eltac Səfərli (2644) isə 78-ci yerdədir.
Cədvələ norveçli Maqnus Karlsen başçılıq edir (2840). ABŞ şahmatçıları Hikaru Nakamura (2810) və Fabiano Karuana (2795) müvafiq olaraq sonrakı yerləri tuturlar.
Qadınların sıralamasında Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyeva (2434) 27-ci yerdədir. Günay Məmmədzadə (2390) 53-cü, Gövhər Beydullayeva (2364) 77-ci, Xanım Balacayeva (2351) isə 90-cı pillədə mövqe tutub.
Qadınların reytinq cədvəlində çinli Yifan Hou (2613) liderdir.




