Amerikada güclü qar

0
546

ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok həftə sonu ştat ərazisinə yağan güclü qar səbəbindən fövqəladə vəziyyət rejimi elan edib.

Bu barədə məlumat qubernatorun saytında yerləşdirilib.

Təbii fəlakət Montana ştatına güclü küləklər və qar yağışı gətirib. Bəzi rayonlara 100 santimetrə qədər yağıntı düşüb, yollar bağlanıb, elektrik xətləri zədələnib. Yerli hökumət qasırğanın daşqınlara səbəb olacağından ehtiyatlanır. Telekanalın məlumatına görə, Qreyt-Fols şəhərinə təkcə şənbə günü rekord miqdarda – 25 santimetr qar yağıb. Bundan əvvəlki rekord 65 il əvvəl, 1954-cü ildə qeydə alınmışdı. O vaxt şəhər 9 santimetrlik qar örtüyünə bürünmüşdü.

S