Hindistanın Dehli şəhərində baş verən partlayışda ölənlərin sayı 13 nəfərə çatıb
“Hyundai I20” avtomobilində baş verən partlayış nəticəsində 24 nəfər yaralanıb.
Hadisə zamanı yaxınlıqdakı digər 22 nəqliyyat vasitəsinə zərər dəyib.
Hindistanın terrorizmə qarşı mübarizə üzrə aparıcı qurumu Milli İstintaq Agentliyi və Milli Təhlükəsizlik Agentliyi təhqiqat aparır.
***
Hindistanın paytaxtı Yeni Dehlidə güclü partlayış baş verib.
Hadisə nəticəsində səkkiz nəfər həlak olub, altı nəfər yaralanıb.
Partlayışdan sonra yaxınlıqdakı bir neçə avtomobil də alovlanıb.
Partlayışın səbəbi hələlik məlum deyil, lakin terror aktı olduğu ehtimal edilir.
Hadisədən sonra Yeni Dehli hakimiyyəti paytaxtda yüksək hazırlıq vəziyyəti elan edib.
Əraziyə təxminən 15 yanğınsöndürmə maşını göndərilib və polis bütün ərazini mühasirəyə alıb. Ərazidə nəqliyyatın hərəkəti də məhdudlaşdırılıb.




