Bu gün Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhadətə ucalan Şəhidimiz Qasımov Təbriz Ramiz oğlunun anım günüdür.
Tədbirdə Qəbələ, Oğuz şəhid ailələri, qazilər, kənd sakinləri ,qonaqlar,din xadimləri ,kənd icra nümayəndəsi iştirak etmişdir.
Əvvəlcə şəhidln məzarı önünə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Sonra şəhidi valideynləri çıxış edərək gələn qonaqlara minnətdarlığını bildirmişdir.
Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdi
Soyadı: Qasımov
Adı: Təbriz
Ata adı: Ramiz
Doğum tarixi: 16.02.1993
Şəhid olma tarixi: 05.11.2020
Rütbəsi: Əsgər
Təltifləri: “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları
16 fevral 1993-cü ildə Qəbələ rayonu Yemişanlı kəndində anadan olmuşdur. 1999-cu ildə Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbində birinci sinfə getmiş, 2008-ci ildə həmin məktəbdən məzun olmuşdur. Həmin il Şəki Pedaqoji Kollecində İbtidai sinif müəllimi ixtisasına üzrə təhsilini davam etdirmişdir. 2012-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. 2013-cü ildə hərbi hissədən tərxis olunduqdan müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən orduya qayıtmışdır. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində könüllü iştirak etmiş, Xocavənd və Füzuli uğrunda gedən hərbi əməliyyatlarda döyüşmüşdür. 5 noyabrda Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına Şəhid olmuşdur.
Allah rəhmət eləsin.
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri


















