Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ prezidenti Donald Trampla “F-35” döyüş təyyarələri ilə bağlı aparılan son danışıqlar müsbət nəticələr verib və Ankara verilən vədələrin reallaşacağına ümid edir.
Dövlət başçısı bu fikirləri 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanda keçirilən tədbirlərdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında səsləndirib.
“ABŞ prezidenti Donald Trampla son danışıqlarımızda əhəmiyyətli irəliləyişlər əldə etdik. Ümidvaram ki, verilən vədlər tezliklə yerinə yetiriləcək”, – deyə Ərdoğan vurğulayıb.




