Qəbələdə “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar ziyafət verilmişdir

07 noyabr 2025-ci il tarixdə Qəbələ “Garden” hoteldə Qəbələ Rayon İcra Hakimiyyəti və YAP Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü” münasibətilə ziyafət verilmişdir. Şəhid ailələrinin üzvləri və müharibə əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Təranə Alməmmədova 

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri