Yorğunluq, halsızlıq, əsəb, dəridə qaşınma: Sizdə kandidoz ola bilər – Kandida nədir?

0
1003

Kandidoz orqanizmdə kandida sinfinə aid göbələklərin normadan artıq olmasıdır. İnsan bu göbələyin zərər verib verməməsini mütləq özü üçün aydınlaşdırmalı və yoxlamalıdır.

Əslində kandida göbələyi insan orqanizmində əvvəldən var olan və yaşayan bir göbələkdir. O, az miqdarda ağızda, dəridə, həzm sistemində olur. Normal səviyyədə olanda heç bir problem yaratmır.

Lakin müəyyən təsirlərdən, immunitetin zəifləməsindən bu göbələk başa böyüyüb, artıb başa bəla ola bilər.

Kandidozun ən ağır forması invaziv kandidozdur ki, bu zaman kandida göbələyi qanla ürək, beyin, göz və sümüklərə düşür.

Son zamanlar yayılmış  kandidoz xəstəliyinin səbəblərini təqdim edir:

-Şəkərli qidalar, rafinə olunmuş ərzaqlar, zərərli qidalanma, ağ un, çörək və s
-Spirtli içki qəbulu
-Xroniki stress, gərginlik
-Çox və uzun müddət antibiotiklər qəbulu
-Astma üçün steroidlər qəbulu
-Oral kontraseptivlər
-Zəifləmiş immunitet
-Piylənmə
-Autoimmun xəstəliklər
-Hamiləlik
-Şəkərli diabet

Əlamətləri:

digər xəstəliklərlə çox oxşar olduğu üçün qarışdırılır, kandidadan şübhələnmirlər
-Xroniki qəbizlik, qazlar, köp
-Anal və vaginal qaşıntı
-Xroniki yorğunluq
-Huşun dumanlanması
-Şirniyyata meyillik
-Depressiya, gərginlik, səbəbsiz ağlamaq
-Dilin üzərində ağ qalın ərp
-Hormonal disbalans, aybaşı pozğunluqları
-Həzm pozuntusu
-Dəridə qaşınma

Bu əlamətlər zamanı dəqiq kandidoz olub-olmamasl təyin olunmalıdır ki, boşuna xəstəlik axtarıb, mənasız müalicələrə pul sərf etməyəsiz.

Diaqnoz:

Kandida göbələyinin təyini üçün qan, sidik, nəcis analizi verilir, eləcə də selikli qişadan yaxma götürülür.

Müalicəsi dərman müalicəsi ilə yanaşı immuniteti möhkəmləndirmək, əsəbləri sakitləşdirmək lazımdır.