Dünyanın ən böyük dəniz avtomobil-dəmiryolu körpüsü burada tikildi

0
527

Çində avtomobil və dəmir yolu nəqliyyatı üçün nəzərdə tutulmuş dünyanın ən böyük körpüsünün tikintisi başa çatıb.

Fuçjou şəhərini Pintan adası ilə birləşdirən körpünün uzunluğu 16,3 kilometr təşkil edir.

İkiyaruslu körpünün üst hissəsində 6 xətli avtomobil yolu, alt hissəsində dəmir yolu yer alacaq.

Körpünün tikintisi 2013-cü ilin noyabrında başlayıb və dəyəri 1,5 milyard dollara yaxın olub. Onun 2020-ci ilin əvvəlində istifadəyə veriləcəyi gözlənilir.