Rasim Balayevin ayaqları tutulub

0
545

Xalq artisti Rasim Balayevin səhhəti pisləşib.

Bu barədə sənətçinin özü məlumat verib.

“Rasim bəy, özünüzü necə hiss edirsiniz” sualını aktyor belə cavablandırıb:

“Belə də, qocafəndi, yaş öz sözünü deyir. Yeriyə bilmirəm, ayaqlarım tutulub, bel və ayaq ağrıları məni incidir. Ayağımda şiş var, su yığılıb”.

Rasim Balayev bildirib ki, Gömrük Hospitalında fizioterapiya müalicəsinə başlayıb.

Məlumat üçün bildirək ki, Xalq artisti keçən il bel yırtığı diaqnozu ilə müalicə üçün Türkiyəyə getmişdi.

Xatırladaq ki, aktyor verdiyi müsahibələrinin birində “Babək” filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxıldığını və fəsadlarının indi üzə çıxdığını demişdi.