Yeddi aydır həbsdə saxlanılan Ceyhun Qələbəyov yeddi gündür ki, aclıq aksiyası keçirir.

0
735

Altı aydır həbsdə saxlanılan Ceyhun Qələbəyov 7 gündür ki, aclıq aksiyası keçirir. Bu barədə qohumları bildiriblər ki, Ceyhun Qələbəyov bu aksiya ilə məsələni ölkə prezidenti cənab İlham Əliyevin diqqətinə çatdırmaq istəyir. Qohumları bildirir ki, Ceyhun Qələbəyov aparılan istintaqı ədalətsiz hesab etməklə 1 həftəyə yaxındır ki, su belə içmir.

Ceyhun Qələbəyovun qohumları, həmçinin saytımıza bildiriblər ki, o, (Bakı şəhər, Nizami metrosu yaxınlığında ofisi yerləşən) “ELİV” işə düzəltmə şirkəti vaitəsilə “RONS-Biild” MMC-ə kadrlar şöbəsinin müdiri vəzifəsinə işə qəbul olub, 16 gün işlədikdən sonra şirkətdəki qanunsuzluğu ifşa edərək 102-yə zəng edib və bu barədə polisə şəxsən xəbər verib ki, bu şirkətdə qanunsuzluq var, lakin nədənsə cinayətkarlar kənarda qalaraq Ceyhun Qələbəyovu qanunsuz həbs ediblər.