DSX və DİN-dən birgə ƏMƏLİYYAT-FOTO

0
541
DSX və DİN-dən birgə ƏMƏLİYYAT-FOTO

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Astara rayonunun Deqadi kəndi yaxınlığında Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ərazidə gizlədilən 1 ədəd bağlama aşkar olunaraq götürülüb. 

Xidmətin Mətbuat Mərkəzindən verilən məlumata görə, baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan “tiryək” narkotik vasitəsinin olması müəyyən edilib.

Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DSX və DİN-dən birgəƏMƏLİYYAT-FOTO

DSX və DİN-dən birgəƏMƏLİYYAT-FOTO

DSX və DİN-dən birgəƏMƏLİYYAT-FOTO