Çin Yerin uzaqdan zondlanması üçün nəzərdə tutulan iki eksperimental “Şiyan-30” peykini uğurla orbitə çıxarıb.
Bu barədə ölkənin “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, kosmik aparatı daşıyan “Long March 2D” raketi cənub-qərb Sıçuan əyalətində yerləşən “Xichang” Kosmodromundan buraxılıb.
Bu, “Long March” daşıyıcı raketləri ailəsi üçün 598-ci buraxılış olub.
Qeyd edək ki, bundan əvvəl “ArsTechnica” nəşri ABŞ Kosmik Qüvvələrinin Kosmik Əməliyyatlar rəisinin kəşfiyyat üzrə müavini, briqada general Brayan Sidarinin fikirlərinə istinadən yazmışdı ki, Çinin kosmos sahəsində əldə etdiyi irəliləyiş ABŞ-da ciddi narahatlıq doğurur.




