Əsəd rejiminin devrilməsindən sonra, son 10 ayda təxminən 1 milyon suriyalı ölkəsinə qayıdıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bununla bağlı hesabat açıqlayıb.
Məlumata görə, qayıdanların təxminən 411 mini Türkiyədən, 334 mini Livandan, 204 mini İordaniyadan, 37 mini İraqdan və 27 mini Misirdən gəlib.
Həmçinin qeyd olunub ki, vətəndaş müharibəsi nəticəsində ölkə daxilində məcburi köçkün düşən milyonlarla insandan təxminən 1,8 milyonu öz evlərinə qayıdıb. Eyni zamanda, xaricdə hələ də ən azı 4,5 milyon suriyalı qaçqın və ölkə daxilində təxminən 7 milyon məcburi köçkün var.
Hesabata görə, geri qayıdanların əksəriyyəti paytaxt Dəməşq və Hələbdə məskunlaşıb.




